AZ

Qayıdış hekayəsi: 113 yaşlı Xeyrənisə nənənin gerçəkləşən Kəlbəcər arzusu

Bakı, 3 fevral, AZƏRTAC

Ölkəmizin ən yaşlı sakinlərindən biri, ömrünün bir əsrindən çoxunu geridə qoyan 113 yaşlı Xeyrənisə nənənin (Xeyrənisə Baxışəliyeva) illərdir qəlbində böyütdüyü Kəlbəcər nisgili vüsalla əvəz olunub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə hazırlanmış videoreportajda bir insanın vətən sevgisinin zamanı və məsafələri necə məğlub etdiyinə şahid oluruq. Burada iki fərqli dövrün müqayisəli mənzərəsi yaradılır: 2024-cü ildə, Kəlbəcərə hələ böyük köç başlamazdan əvvəl lentə alınan müsahibədə Xeyrənisə Baxışəliyevanın gözlərindəki kədər və torpaq həsrəti ön plandadır. O, doğma yurduna qayıdacağına olan sarsılmaz inamını ifadə edir, hər gününü o günü görmək arzusu ilə yaşayır. 2025-ci ildə isə Kəlbəcərin azad nəfəsi altında, öz yurdunda verdiyi müsahibədə Xeyrənisə nənə artıq qonaq deyil, ev sahibidir.

Videoda onun Kəlbəcərin hər bir daşına, havasına olan bağlılığı və qayıdışdan sonra sanki yenidən doğulması əks olunub. AZƏRTAC videoreportajı təqdim edir:

Seçilən
1
8
azertag.az

9Mənbələr