RU

Gəncədə 24 yaşlı Röyal Məmmədovun qətli ilə bağlı istintaq aparılır

Gəncədə 24 yaşlı oğlanın öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Far.Az-ə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada aldığı xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

Избранный
12
19
far.az

10Источники