Bu gün saat 00:10 radələrində 2001-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın yerli bürosuna Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, ona dəqiqləşdirilməmiş kəllədaxili travma və dəqiqləşdirilməmiş koma diaqnozu təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun saat 03:20 radələrində ölüm faktı qeydə alınıb.
***
09:56
Fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə Gəncə şəhər prokurorluğundan məlumat verilib.
İlkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
***
07:41
Gəncədə 25 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb.
APA-nın yerli bürosunun məlumatına görə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Murad Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
05:10
Gəncədə bıçaqlanan şəxs xəstəxanada ölüb.
APA-nın yerli bürosunun məlumatına görə əməliyyat zamanı həkimlərin bütün tibbi yardımlarına baxmayaraq 25 yaşlı R. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
00:32
Gəncə sakininə kəsici alətlə xəsarət yetirilib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü R. Məmmədov bədənin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yeləşdirilib.
Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"