RU

Bakıda metronun qarşısında insident - Bıçaqlanan var

Bakıda 51 yaşlı kişi metronun qarşısında bıçaqlanıb.

Redaktor.az lent.az-a istinadla xəbər verir ki, hadisə "Xətai" metrosunun qarşısında baş verib.

Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Elvin Nuru oğlu Məmmədli metronun qarşısında bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli lent.az-a bildirib ki, paytaxtın Xətai rayonunda iki şəxs arasındakı insidentlə bağlı polisə məlumat daxil olub. Hazırda hadisə ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır. 

Избранный
6
4
redaktor.az

8Источники