Bakıda 51 yaşlı kişi metronun qarşısında bıçaqlanıb.
Redaktor.az lent.az-a istinadla xəbər verir ki, hadisə "Xətai" metrosunun qarşısında baş verib.
Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Elvin Nuru oğlu Məmmədli metronun qarşısında bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli lent.az-a bildirib ki, paytaxtın Xətai rayonunda iki şəxs arasındakı insidentlə bağlı polisə məlumat daxil olub. Hazırda hadisə ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.