RU

Rusiyanın bu vilayətlərində narahat gecə

Dünən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri Rusiya bölgələri üzərində 10 Ukrayna PUA-sını vurub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, gecə ərzində hava hücumundan müdafiə sistemləri Belqorod və Orel vilayətlərinin hər biri üzərində üç Ukrayna dronu vurub.

Kaluqa bölgəsi üzərindəki səmada Ukraynaya məxsus iki dron məhv edilib.

Bundan başqa Kursk və Rostov vilayətlərinin hər biri üzərində bir pilotsuz təyyarə zərərsizləşdirilib.

Избранный
11
16
publika.az

10Источники