ain.az bildirir, Hurriyyet portalına istinadən.
Rusiya hava hücumundan müdafiə sistemləri gecə Rusiyanın 6 bölgəsi üzərində Ukraynaya məxsus 31 pilotsuz təyyarəni vurub.
Hurriyyet.org xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ukrayna dronlarının əksəriyyəti - 22 PUA Belqorod bölgəsi üzərində məhv edilib.
Krasnodar diyarı səmasında 4, Rostovda 2, Həştərxan, Bryansk və Kursk vilayətləri üzərində isə Ukrayna Silahlı Qüvvələrinə məxsus 1 pilotsuz təyyarə zərərsizləşdirilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.