ABŞ Prezidenti Donald Tramp Ceffri Epşteynin adasına heç vaxt baş çəkmədiyini və onunla heç bir dostluq münasibətinin olmadığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, o bu barədə "Truth Social"da yazıb.
"Mənə palçıq atmağı sevənlərin çoxundan fərqli olaraq, mən heç vaxt məşhur Epşteyn adasında olmamışam, amma demək olar ki, bütün bu korrupsiyalaşmış Demokratlar və onların donorları orada olublar", - deyə o bildirib.
O, həmçinin Epşteynin dostu olmadığını vurğulayıb və rəqiblərini onun prezidentliyini sarsıtmağa çalışmaqda günahlandırıb. ABŞ Prezidenti əlavə edib ki, bəzi "radikal solçuları" məhkəməyə vermək niyyətindədir.
Daha əvvəl Trampın adı Epşteyn işi ilə bağlı sənədlərdə yenidən hallanmışdı. O, təxminən 35 il əvvəl 13-14 yaşlı bir qıza cinsi təcavüz etməkdə ittiham olunur. Mənbələrə görə, Tramp yetkinlik yaşına çatmayan qızı oral sekslə məşğul olmağa məcbur edib.
Aynur Babazadə