ABŞ prezidenti Donald Tramp Ceffri Epşteynin adasına heç vaxt baş çəkmədiyini və onunla dostluq münasibətləri saxlamadığını bildirib. O, bu barədə özünün Truth Social səhifəsində yazıb.
"Mənə palçıq atmağı sevənlərin çoxundan fərqli olaraq, mən heç vaxt məşhur Epşteyn adasında olmamışam, amma demək olar ki, bütün bu korrupsiyalaşmış Demokratlar və onların donorları orada olublar", - deyə o bildirib.
QHT.az xəbər verir ki, o, həmçinin Epşteynin dostu olmadığını vurğuladı və rəqiblərini onun prezidentliyini sarsıtmağa çalışmaqda günahlandırdı. Amerika lideri əlavə etdi ki, bəzi "radikal solçulara" qarşı hüquqi tədbirlər görmək niyyətindədir.
Trampın adı əvvəllər Epşteyn işi ilə bağlı sənədlərdə yenidən ortaya çıxmışdı. O, təxminən 35 il əvvəl 13 və ya 14 yaşında olduğu iddia edilən bir qıza cinsi təcavüz etməkdə ittiham olunur. Mənbələrə görə, Tramp azyaşlını oral seks etməyə məcbur edib.
R.İmanov