RU

SOCAR ilə "Yokogawa Europe B.V." şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Yaponiyanın "Yokogawa Electric Corporation" şirkəti arasında potensial əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.

"Report" xəbər verir ki, imzalanma SOCAR-ın vitse-prezidentləri Anar Məmmədovun və Babək Hüseynovun iştirakı ilə "Yokogawa Europe B.V." şirkətinin prezidenti, "Yokogawa Electric Corporation"ın vitse-prezidenti və Avropa, Rusiya və MDB üzrə regional baş icraçı direktoru Seita Hagihara ilə keçirilən görüş çərçivəsində baş tutub.

Görüşdə ötən ilin sentyabrında Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclası çərçivəsində əldə olunan razılaşmaların icrası istiqamətində atılan addımlar məmnunluqla qeyd olunub.

Söhbət zamanı tərəflər SOCAR ilə "Yokogawa Europe B.V." şirkəti arasında enerji sahəsində qarşılıqlı maraq doğuran istiqamətləri nəzərdən keçirib, o cümlədən "downstream" və "upstream" sahələrində birgə fəaliyyət imkanlarını müzakirə ediblər.

Избранный
28
12
far.az

10Источники