AZ

SOCAR ilə “Yokogawa Europe B.V.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Bakı. Trend:

2 fevral 2026-cı il tarixində SOCAR-ın vitse-prezidentləri AnarMəmmədovun və Babək Hüseynovun iştirakı ilə “Yokogawa Europe B.V.”şirkətinin prezidenti, “Yokogawa Electric Corporation”ınvitse-prezidenti və Avropa, Rusiya və MDB üzrə regional baş icraçıdirektoru Seita Hagihara ilə görüş keçirilib.

Görüşdə ötən ilin sentyabrında Azərbaycan Respublikası iləYaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının12-ci birgə iclası çərçivəsində əldə olunan razılaşmaların icrasıistiqamətində atılan addımlar məmnunluqla qeyd olunub.

Söhbət zamanı tərəflər SOCAR ilə “Yokogawa Europe B.V.” şirkətiarasında enerji sahəsində qarşılıqlı maraq doğuran istiqamətlərinəzərdən keçirib, o cümlədən “downstream” və “upstream” sahələrindəbirgə fəaliyyət imkanlarını müzakirə ediblər.

Görüş çərçivəsində tərəflər arasında potensial əməkdaşlıqimkanlarının araşdırılması məqsədilə Anlaşma Memorandumuimzalanıb.

Məqalədə:
Seçilən
24
12
az.trend.az

10Mənbələr