RU

Gəncədə kanalizasiya xəttinin təmiri zamanı partlayış olub, xəsarət alanlar var

Gəncədə xəttinin təmiri zamanı partlayış olub.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində kanalizasiya xətlərində qaynaq işləri aparılan zaman partlayış qeydə alınıb. Nəticədə 1984-cü il təvəllüdlü A.Zamanov, 1968-ci il təvəllüdlü Ərəstun adlı şəxs və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
4
6
apa.az

10Источники