AZ

Gəncədə qaz sızmasından partlayış oldu: Yaralılar var - FOTO

Gəncədə kanalizasiya xəttinin təmiri zamanı partlayış olub.

Moderator.az-ın məlumatına görə, şəhər ərazisində kanalizasiya quyusunun üzərində qaynaq işləri aparılan zaman qaynaq qığılcımları kanalizasiya borusuna düşüb və partlayış baş verib. Nəticədə 1984-cü il təvəllüdlü A.Zamanov, 1968-cı il təvəllüdlü Ə.Paşayev və daha bir nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
10
moderator.az

10Mənbələr