Sumqayıtda avtomobildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus "QAZEL ” markalı yük avtomobilinin yük hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilin yük hissəsinə yığılmış taxta materialları yanıb. Avtomobil yanğından mühafizə olunub.