Sumqayıtda yanğın- ANBAAN GÖRÜNTÜLƏR
Ajans.az xəbər verir ki, bununla bağlı FHN-in mətbuat xidmətindən məlumat verilib. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus "QAZEL ” markalı yük avtomobilinin yük hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilin yük hissəsinə yığılmış taxta materialları yanıb. Avtomobil yanğından mühafizə olunub.