Tərtər rayonuna yeni prokuror təyin edilib.
Moderator.az xəbər verir ki, baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, respublika hərbi prokurorunun sabiq müavini, ədliyyə general-mayoru Fuad Məmmədov rayona prokuror göndərilib.
Qeyd edək ki, Tərtərin əvvəlki prokuroru Əli Qurbanov bir neçə gün əvvəl eyni rayonun hərbi prokuroru təyin olunub.