AZ

Ədliyyə generalına Tərtərdə vəzifə verildi

Tərtər rayonuna yeni prokuror təyin edilib.

Vətəninfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, respublika hərbi prokurorunun sabiq müavini ədliyyə general-mayoru Fuad Məmmədov rayona prokuror göndərilib.

Qeyd edək ki, Tərtərin əvvəlki prokuroru Əli Qurbanov bir neçə gün əvvəl eyni rayonun hərbi prokuroru təyin olunub.

Seçilən
9
9
veteninfo.az

10Mənbələr