RU

Əmisi tərəfindən balta ilə vurulan azyaşlının vəziyyəti açıqlandı

Bakı. Trend:

Cəlilabadda əmisi tərəfindən baltalanan 2012-ci il təvəllüdlüHüseyn Musa oğlu Nağıyevin hazırkı vəziyyəti açıqlanıb.

Trend-insorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasındanbildirilib ki, 2012-ci il təvəllüdlü (kişi) şəxsin müalicəsireanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır:

“Fevralın 1-i saat 17:00 radələrində xəsarət alması səbəbiləCəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinəhospitalizasiya olunan 2 nəfərdən (1-i qadın, 1-i kişi) 2012-ci iltəvəllüdlü (kişi) şəxsin müalicəsi reanimasiya şöbəsində davametdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.

Həmçinin qeyd edilib ki, aparılan bütün reanimasiya tədbirlərinəvə həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 20:05 radələrində2011-ci il təvəllüdlü (qadın) şəxsin ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, dünən Cəlilabadın Üçtəpə kənd sakini Əli Hüseynağaoğlu Nağıyev bir evdə yaşadıqları qardaşının iki övladına - 2012-ciil təvəllüdlü Hüseyn Musa oğlu Nağıyev və 2011-ci il təvəllüdlüHəqiqət Musa qızı Nağıyevaya balta ilə xəsarətlər yetirib.

Избранный
35
4
az.trend.az

5Источники