AZ

Əmisi tərəfindən balta ilə vurulan azyaşlının vəziyyəti açıqlandı

Əmisi
Cəlilabadda əmisi tərəfindən baltalanan 2012-ci il təvəllüdlü Hüseyn Musa oğlu Nağıyevin hazırkı vəziyyəti açıqlanıb. 1news.az-ın Trend-ə istinadən xəbərinə görə, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 2012-ci il təvəllüdlü (kişi) şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır:
“Fevralın 1-i saat 17:00 radələrində xəsarət alması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2 nəfərdən (1-i qadın, 1-i kişi) 2012-ci il təvəllüdlü (kişi) şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir”. Həmçinin qeyd edilib ki, aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 20:05 radələrində 2011-ci il təvəllüdlü (qadın) şəxsin ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, dünən Cəlilabadın Üçtəpə kənd sakini Əli Hüseynağa oğlu Nağıyev qardaşının iki övladına - 2012-ci il təvəllüdlü Hüseyn Musa oğlu Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevaya balta ilə xəsarətlər yetirib.

Seçilən
20
4
1news.az

5Mənbələr