RU

İspaniya İsrailin Qəzzada “Sərhədsiz Həkimlər”in fəaliyyətini qadağan etməsini qınadı- ÖZƏL 

İspaniya hakimiyyəti İsrailin humanitar təşkilat olan "Sərhədsiz Həkimlər"in  Qəzza zolağında fəaliyyətini dayandırmaq qərarını kəskin şəkildə pisləyib. Olaylar.az xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyinin yaydığı mətbuat açıqlamasında bildirilib.
Bəyanatda qeyd olunub ki, İsrail hakimiyyətinin bu qərarı Qəzzada onsuz da ağır olan sanitar və humanitar vəziyyətin daha da dərinləşməsinə səbəb ola bilər. Madrid "Sərhədsiz Həkimlər" təşkilatının fəaliyyətinin anklavda yaşayan mülki əhali üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.
İspaniya Xarici İşlər Nazirliyi bildirib ki, sözügedən təşkilatın fəaliyyəti Qəzzada mövcud olan "fəlakətli humanitar vəziyyətin yüngülləşdirilməsində mühüm rol oynayır". Bu səbəbdən rəsmi Madrid İsrail hökumətini qəbul etdiyi qərarı ləğv etməyə çağırıb.
Eyni zamanda, İspaniya tərəfi beynəlxalq humanitar hüququn tələblərinə riayət edilməsinin vacibliyini bir daha xatırladıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
11
olaylar.az

1Источники