Bəyanatda qeyd olunub ki, İsrail hakimiyyətinin bu qərarı Qəzzada onsuz da ağır olan sanitar və humanitar vəziyyətin daha da dərinləşməsinə səbəb ola bilər. Madrid "Sərhədsiz Həkimlər" təşkilatının fəaliyyətinin anklavda yaşayan mülki əhali üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.
İspaniya Xarici İşlər Nazirliyi bildirib ki, sözügedən təşkilatın fəaliyyəti Qəzzada mövcud olan "fəlakətli humanitar vəziyyətin yüngülləşdirilməsində mühüm rol oynayır". Bu səbəbdən rəsmi Madrid İsrail hökumətini qəbul etdiyi qərarı ləğv etməyə çağırıb.
Eyni zamanda, İspaniya tərəfi beynəlxalq humanitar hüququn tələblərinə riayət edilməsinin vacibliyini bir daha xatırladıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31