“Biz Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyirik, lakin öhdəliklərimiz olan və bizim üçün prioritet təşkil edən Balkanlar birinci yerdədir. Martın 3-də Romada “Balkanların dostları”nın toplantısı keçiriləcək, aprelin 1-də isə mən Almaniyanın xarici işlər naziri Yohan Vadefulla Serbiyanın paytaxtı Belqrada səfər edəcəyəm”, - italiyalı nazir diqqətə çatdırıb.
Tayani eyni zamanda, vurğulayıb ki, İtaliya Aİ-yə üzvlük yolunda irəliləməli olan Ukraynaya da kömək edəcək.
![]() |
| Merts:“Berlin vasitəçi olmaq istəmir” |
Bundan əvvəl Ukraynanın baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Taras Kaçka bəyan edib ki, 2026-2027-ci illərdə lazımi islahatlar həcmini tamamlamaq şərti ilə Ukrayna 2028-ci ildə Avropa İttifaqına üzv ola bilər.
Yanvarın 25-də Litva prezidenti Gitanas Nauseda Vilnüsdə ukraynalı həmkarı və polşalı həmkarlarıVolodimir Zelenski və Karol Navrotski ilə birgə mətbuat konfransında ölkəsinin Ukraynanın 2030-cu ilə qədər Aİ-yə üzv olmasını hədəflədiyini açıqlayıb.
Yanvarın 27-də isə Zelenski bəyan edib ki, Ukrayna 2027-ci ildə Aİ-yə daxil olmağı gözləyir. Onun sözlərimə görə, Ukraynanın Aİ-yə daxil olması təkcə Kiyev üçün yox, bütün Avropa üçün əsas təhlükəsizlik zəmanətidir.
Maraqlıdır ki, hazırda Kiyevə yardım məsələsində ən böyük donor rolunu oynayan Almaniyanın kansleri Fridrix Merts də Ukraynanın 2027-ci ildə Aİ-yə üzv olması perspektivini şübhə altına alıb.
Sahil İsgəndərov
AzVision.az
