AZ

İtaliya: “Ukrayna hələ gözləməli olacaq”

ain.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tayani “Corriere Della Sera” nəşrinə müsahibəsində belə deyib. “Biz Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyirik, lakin öhdəliklərimiz olan və bizim üçün prioritet təşkil edən Balkanlar birinci yerdədir. Martın 3-də Romada “Balkanların dostları”nın toplantısı keçiriləcək, aprelin 1-də isə mən Almaniyanın xarici işlər naziri Yohan Vadefulla Serbiyanın paytaxtı Belqrada səfər edəcəyəm”, - italiyalı nazir diqqətə çatdırıb. Tayani eyni zamanda, vurğulayıb ki, İtaliya Aİ-yə üzvlük yolunda irəliləməli olan Ukraynaya da kömək edəcək.

Merts: “Berlin vasitəçi olmaq istəmir”

Hazırda dörd Balkan dövləti Aİ-yə daxil olmaqla bağlı danışıqlar aparır: Albaniya, Monteneqro, Serbiya və Şimali Makedoniya. Bundan əvvəl Ukraynanın baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Taras Kaçka bəyan edib ki, 2026-2027-ci illərdə lazımi islahatlar həcmini tamamlamaq şərti ilə Ukrayna 2028-ci ildə Avropa İttifaqına üzv ola bilər. Yanvarın 25-də Litva prezidenti Gitanas Nauseda Vilnüsdə ukraynalı həmkarı və polşalı həmkarları Volodimir Zelenski və Karol Navrotski ilə birgə mətbuat konfransında ölkəsinin Ukraynanın 2030-cu ilə qədər Aİ-yə üzv olmasını hədəflədiyini açıqlayıb. Yanvarın 27-də isə Zelenski bəyan edib ki, Ukrayna 2027-ci ildə Aİ-yə daxil olmağı gözləyir. Onun sözlərimə görə, Ukraynanın Aİ-yə daxil olması təkcə Kiyev üçün yox, bütün Avropa üçün əsas təhlükəsizlik zəmanətidir. Maraqlıdır ki, hazırda Kiyevə yardım məsələsində ən böyük donor rolunu oynayan Almaniyanın kansleri Fridrix Merts də Ukraynanın 2027-ci ildə Aİ-yə üzv olması perspektivini şübhə altına alıb. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
azvision.az

3Mənbələr