RU

Hücum təhlükəsi elan edildi: Hazırlıq başladı

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ İrana mümkün zərbə təhlükəsi fonunda Yaxın Şərqdə hava hücumundan müdafiə imkanlarını gücləndirir.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”ın məlumatında qeyd olunub. Qeyd olunur ki, Pentaqon regionda yerləşən Amerika qoşunlarının, eləcə də İsrail və digər müttəfiqlərin təhlükəsizliyini təmin etmək məqsədilə əlavə müdafiə tədbirləri görür.

Məlumata əsasən, bölgəyə əlavə “THAAD” və “Patriot” raketdən müdafiə sistemləri yerləşdirilir. Bu addım mümkün raket və pilotsuz uçuş aparatları hücumlarının qarşısının alınmasına yönəlib.

Nəşr qeyd edir ki, ABŞ tərəfindən məhdudmiqyaslı zərbələr istisna edilmir. Lakin genişmiqyaslı hərbi əməliyyatın həyata keçirilməsi Tehranın sərt və geniş cavab reaksiyasına səbəb ola bilər. Bu isə regionda gərginliyin daha da artması riskini yüksəldir.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
1
globalinfo.az

2Источники