AZ

Hücum təhlükəsi elan edildi: Hazırlıq başladı

ABŞ İrana mümkün zərbə təhlükəsi fonunda Yaxın Şərqdə hava hücumundan müdafiə imkanlarını gücləndirir.

Globalinfo.az xəbər verir ki, bu barədə "The Wall Street Journal"ın məlumatında qeyd olunub. Qeyd olunur ki, Pentaqon regionda yerləşən Amerika qoşunlarının, eləcə də İsrail və digər müttəfiqlərin təhlükəsizliyini təmin etmək məqsədilə əlavə müdafiə tədbirləri görür.

Məlumata əsasən, bölgəyə əlavə "THAAD" və "Patriot" raketdən müdafiə sistemləri yerləşdirilir. Bu addım mümkün raket və pilotsuz uçuş aparatları hücumlarının qarşısının alınmasına yönəlib.

Nəşr qeyd edir ki, ABŞ tərəfindən məhdudmiqyaslı zərbələr istisna edilmir. Lakin genişmiqyaslı hərbi əməliyyatın həyata keçirilməsi Tehranın sərt və geniş cavab reaksiyasına səbəb ola bilər. Bu isə regionda gərginliyin daha da artması riskini yüksəldir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
1
olaylar.az

2Mənbələr