RU

MPL: "Neftçi"nin səfər, "Qarabağ"ın ev sınağı

Misli Premyer Liqasında XVIII tur davam edir.

Fanat.Az xəbər verir ki, tura bu gün iki oyunla yekun vurulacaq.

Turun son günündə əvvəlcə "Araz-Naxçıvan" ilə "Neftçi" münasibətlərinə aydınlıq gətirəcəklər. Mərdəkanda baş tutacaq görüş "Ukrayna derbisi olacaq". Belə ki, "Araz-Naxçıvan"ın çalışdırıcısı Andrey Demçenko ilə "Neftçi"nin baş məşqçisi Yuri Vernidub Azərbaycanda ilk dəfə qarşılaşacaqlar. Hər iki komandaya qələbə hava-su kimi lazımdır. "Ağ-qaralar" səfərdən 3 xalla dönməklə həm 7-ci pillədə möhkəmlənəcək, həm də "Araz-Naxçıvan"la fərqi əlçatana endirəcək. Əks-halda, Naxçıvan təmsilçisi bakılılardan aralanmaqla yanaşı, ilk "üçlüy"ün bir addımlığına yaxınlaşacaq.

Qeyd edək ki, turun digər oyunlarında "Sumqayıt" "Karvan-Yevlax"ı 2:0, "Qəbələ" "İmişli"ni 3:2, "Şamaxı" "Kəpəz"i 2:0, "Sabah" "Zirə"ni 3:1 hesabı ilə üstələyib.

Misli Premyer Liqası
XVIII tur
1 fevral

16:00. "Araz - Naxçıvan" – "Neftçi"
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov.
VAR: Vüqar Həsənli, Cəmil Quliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Mərdəkan. "Liv Bona Dea Arena".

18:30. "Qarabağ" – "Turan Tovuz"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rəşad Əhmədov, Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Избранный
5
2
fanat.az

10Источники