RU

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Neftçi" "Araz-Naxçıvan"a, "Qarabağ" "Turan Tovuz"a qarşı

Bu gün Misli Premyer Liqasında 18-ci tura yekun vurulacaq. 

QOL.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.

İlk oyunda "Araz-Naxçıvan" "Neftçi"ni qəbul edəcək. Qarşılaşma saat 16:00-da başlayacaq. Komandaların ilk dövrədəki matçında 2:2 hesabı qeydə alınıb.

Günün son oyununu turun mərkəzi qarşılaşması adlandırmaq olar. Burada "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 18:30-da start götürəcək. "Qarabağ" hazırda 36 xalla 2-ci, bir oyun az keçirən "Turan Tovuz" isə 30 xalla 3-cüdür.

İlk dövrədə "Qarabağ" "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib.

1 fevral

Misli Premyer Liqası, 18-ci tur

16:00. “Araz - Naxçıvan” – “Neftçi”

Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov

VAR: Vüqar Həsənli

AVAR: Cəmil Quliyev

"Liv Bona Dea Arena" 

18:30. “Qarabağ” – “Turan Tovuz” 

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov

VAR: Rəşad Əhmədov

AVAR: Akif Əmirəli

Tofiq Bəhramov adına Respublika Stadionu 

30 yanvar (cümə)

“Karvan-Yevlax” - “Sumqayıt” - 0:2

“Qəbələ” - “İmişli” - 3:2

31 yanvar (şənbə)

 “Zirə” - “Sabah” - 1:3

 “Kəpəz” - “Şamaxı” - 0:2

Bombardirlər:

Coy-Lens Mikels (“Sabah”) - 9 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Bassalu Sambu ("Neftçi") - 6 qol

Karim Rossi ("Şamaxı") - 6 qol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
44
49
qol.az

10Источники