Bu gün Misli Premyer Liqasında 18-ci tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.
İlk oyunda "Araz-Naxçıvan" "Neftçi"ni qəbul edir. Qarşılaşma saat 16:00-da başlayıb. Komandaların ilk dövrədəki matçında 2:2 hesabı qeydə alınıb.
Günün son oyununu turun mərkəzi qarşılaşması adlandırmaq olar. Burada "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 18:30-da start götürəcək. "Qarabağ" hazırda 36 xalla 2-ci, bir oyun az keçirən "Turan Tovuz" isə 30 xalla 3-cüdür.
İlk dövrədə "Qarabağ" "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib.
1 fevral
Misli Premyer Liqası, 18-ci tur
16:00. “Araz - Naxçıvan” – “Neftçi” - 0:2 (İkinci hissə)
Qol: İqor Ribeyro, 4, Bassala Sambu, 40
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Vüqar Həsənli
AVAR: Cəmil Quliyev
"Liv Bona Dea Arena"
18:30. “Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov
AVAR: Akif Əmirəli
Tofiq Bəhramov adına Respublika Stadionu
30 yanvar (cümə)
“Karvan-Yevlax” - “Sumqayıt” - 0:2
“Qəbələ” - “İmişli” - 3:2
31 yanvar (şənbə)
“Zirə” - “Sabah” - 1:3
“Kəpəz” - “Şamaxı” - 0:2

Bombardirlər:
Coy-Lens Mikels (“Sabah”) - 9 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Toral Bayramov (“Qarabağ”) - 7 qol
Bassalu Sambu ("Neftçi") - 7 qol
Karim Rossi ("Şamaxı") - 6 qol