Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti VladimirPutinlə görüşmədən ərazi məsələsini həll etməyin mümkün olmadığınıbildirib.
Trend xəbər verir ki, bunuZelenski "Cesky Rozhlas"a müsahibəsində deyib.
Onun sözlərinə görə, ərazi məsələsi yalnız texniki qruplartərəfindən həll edilə bilməz.
"Ən azı Rusiya lideri ilə bu və ya digər formatda əlaqə saxlayabilməliyik. Mənim fikrimcə, belə bir format olmadan komandalarımızərazi məsələləri üzrə razılığa gələ bilməyəcəklər", - deyə Zelenskiəlavə edib.
Daha sonra Zelenski ərazi məsələsini həll etmək üçün Putinləşəxsi görüşün zəruri olduğunu bir daha təkrarlayıb: "Hazırdamüharibənin sona çatması üçün 20 bəndlik plan mövcuddur və bu planərazi məsələləri ilə bağlı qeyd etdiyiniz ağrılı məsələləri xüsusiolaraq həll edir. Bir daha vurğulayıram ki, liderlərdən başqa heçkimin bu məsələləri həll edə biləcəyinə inanmıram".
Zelenski, həmçinin əlavə edib ki, sənəddə Avropa İttifaqınaüzvlük nəzərdə tutulduğu üçün 20 bəndlik sülh planının təkcə ABŞ,Ukrayna və Rusiya tərəfindən deyil, həm də Aİ tərəfindənimzalanması vacibdir.