RU

7,6 bal gücündə zəlzələ oldu, sunami təhlükəsi elan edildi

Yaponiyada 4 dəqiqə ara ilə 7,6 və 6,3 maqnitudalı zəlzələ olub.
Medianews.az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələlər İsikava və Niiqata əyalətlərində qeydə alınıb.
Hələ ki, dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Ancaq ölkənin qərb sahillərində hündürlüyü 5 metrə çatacaq sunami təhlükəsi elan olunub. Yerli sakinlər təcili sahil zonaları tərk etməyə, yaxud binaların damına çıxmağa çağırılıb.
İndiyə qədər 3 dəfə güclü zəlzələ xəbərdarlığı elan olunub. Yerli sakinlər növbəti yeraltı təkanlara hazır olmağa çağırılıb.
Избранный
260
10
medianews.az

10Источники