RU

Azərbaycan Basketbol Liqasının 15-ci turunda bu gün daha iki matç baş tutacaq

Bu gün Azərbaycan Basketbol Liqasının 15-ci turunda daha iki matç baş tutacaq.

İdman.Biz xəbər verir ki, B qrupunda “Sumqayıt” doğma meydanda “Sərhədçi”ni qəbul edəcək. Görüşün start fiti saat 14:00-da səslənəcək.

Günün ikinci matçında isə A qrupunda “Abşeron Lions” “Sabah”la üz-üzə gələcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 18:00-da başlayacaq.

Turnir cədvəlinin B qrupunda isə “Sumqayıt” 19 xalla dördüncü, “Sərhədçi” isə 18 xalla sonuncu - altıncıdır. A qrupunda “Sabah” 27 xalla birinci, “Abşeron Lions” isə 27 xalla ikincidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Lənkəran” - “Ordu”nu (103:63), “Naxçıvan” isə “Quba”nı (82:70) məğlub edib.

Azərbaycan Basketbol Liqasında 15-ci tura fevralın 1-də yekun vurulacaq.

İdman.Biz
Избранный
49
8
idman.biz

10Источники