AZ

ABL: XIV tura yekun vurulacaq

Bu gün Azərbaycan Basketbol Liqasında XIV tura yekun vurulacaq.

Apasport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Əvvəlcə Şəki Olimpiya İdman Kompleksində "Şəki" NTD-ni qəbul edəcək. Bu matç saat 14:00-da başlayacaq.

Ardınca isə Bakı İdman Sarayında "Neftçi" "Abşeron Lions" kollektivi ilə qarşılaşacaq. Sözügedən görüş saat 18:00-da start götürəcək.

A qrupunda "Abşeron Lions" 25 xalla ikinci, 18 xala malik "Neftçi" üçüncüdür. 15 xalı olan "Şəki" beşinci sırada yer alıb. NTD isə 13 xalla sonuncu - altıncıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Ordu"nu (100:96), "Quba" "Lənkəran"ı, (86:68) "Naxçıvan" "Sərhədçi"ni (65:57), "Sabah" isə "Gəncə"ni (101:77) məğlub edib.

"Lənkəran" heyətinə kanadalı basketbolçu qatıb

NTD heyətini yeni basketbolçu ilə gücləndirib

ABL: "Sumqayıt" "Ordu"nun qonağı olacaq

ABL: XIII tura yekun vurulub

ABL: "Sabah"dan qələbə

Seçilən
88
5
apasport.az

7Mənbələr