Azərbaycanda yanvarın 31-də magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Bu barədə Hakimiyyet.az -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, görünüş məsafəsinin məhdudlaşmasına səbəb ölkə ərazisinin bəzi yerlərində olan dumanlı hava şəraitidir.