AZ

Magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq

Fevralın 1-də Azərbaycanın bəzi ərazilərində dumanlı hava şəraiti səbəbindən magistral avtomobil yollarında görünüş məsafəsinin 500–1000 metrədək azalacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Qurumun yanvarın 31-i saat 13:00-a olan məlumatına görə, ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur, bəzi bölgələrdə isə cənub-qərb küləyi əsir. Küləyin maksimal sürəti Kəlbəcərdə 20 m/s, Lerik, Şamaxı və Qobustanda 19 m/s, Yardımlı, Zəngilan və Daşkəsəndə 18 m/s, Cəbrayılda isə 17 m/s-dək güclənib.


Hazırda Bakı və Abşeron yarımadası, həmçinin Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Şabran, Yevlax, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı və Astara rayonlarında duman müşahidə olunur. Bu ərazilərdə görünüş məsafəsi 500 metrədək məhdudlaşıb

Seçilən
40
7
anews.az

10Mənbələr