RU

Summativə proqramdan kənar suallar salınıb? Açıqlama

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Böyük summativ qiymətləndirmə (BSQ) ilə bağlı şikayəti olan vətəndaşlar aidiyyəti yerli təhsili idarəetmə bölməsinə müraciət edə bilərlər.

"Unikal" Trend-ə istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, summativ qiymətləndirmə hər bir fənn üzrə təhsil proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərin müəyyən olunması məqsədilə aparılır:

"Summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri (suallar) müvafiq fənn üzrə kurikulumun (təhsil proqramnın) tələbləri və dərslikdə əhatə olunan mövzular nəzərə alınmaqla hazırlanır. Suallar bir neçə mürəkkəblik səviyyəsində tərtib edilir.

Böyük summativ qiymətləndirmə (BSQ) məktəbdaxili qiymətləndirmənin tərkib hissəsidir və onun keçirilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası ilə tənzimlənir. Agentlik böyük summativlərin Qaydaya uyğun vaxtda, formada və düzgün seçilmiş qiymətləndirmə vasitələri (test sualları, tapşırıqlar) əsasında aparılmasına nəzarət edir".

Qeyd edək ki, sosial mediada məktəb müəllimləri ölkə üzrə təşkil edilmiş böyük summativ qiymətləndirilmənin (BSQ) sualları ilə bağlı narazılıq və şikayətlər yayıblar.

Müəllimlər 4 və 6-cı siniflər üçün Azərbaycan dili fənninə aid məktəblərə göndərilmiş BSQ suallarında səviyyələrin nəzərə alınmadığını, keçilməsi proqram üzrə ikinci yarımildə nəzərdə tutulan mövzudan sual salındığını (O,bu əvəzliklərindən sonra vergülün qoyulması) qeyd ediblər.

Onlar həmçinin Azərbaycan dili üzrə suallarda riyaziyyat sualının olduğunu və göndərilən cavablarda səhvlər olduğunu bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
60
3
unikal.az

10Источники