Bakı. Trend:
Böyük Summativ Qiymətləndirmə ilə bağlı şikayəti olanvətəndaşlar aidiyyəti yerli təhsili idarəetmə bölməsinə müraciətedə bilərlər.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və ÜmumiTəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilir ki, summativ qiymətləndirmə hər bir fənn üzrə təhsilproqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarınınmənimsənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərinmüəyyən olunması məqsədilə aparılır:
"Summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirməvasitələri (suallar) müvafiq fənn üzrə kurikulumun (təhsilproqramnın) tələbləri və dərslikdə əhatə olunan mövzular nəzərəalınmaqla hazırlanır. Suallar bir neçə mürəkkəblik səviyyəsindətərtib edilir.
Böyük summativ qiymətləndirmə (BSQ) məktəbdaxiliqiymətləndirmənin tərkib hissəsidir və onun keçirilməsi AzərbaycanRespublikası Təhsil Nazirliyinin Kollegiyasının 28 dekabr 2018-ciil tarixli 8/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsilpilləsində təhsilalanların attestasiyasının (məktəbdaxiliqiymətləndirmənin) aparılması Qaydası ilə tənzimlənir. Agentlikböyük summativlərin Qaydaya uyğun vaxtda, formada və düzgünseçilmiş qiymətləndirmə vasitələri (test sualları, tapşırıqlar)əsasında aparılmasına nəzarət edir".
Qeyd edək ki, sosial mediada məktəb müəllimləri ölkə üzrə təşkiledilmiş Böyük Summativ Qiymətləndirilmənin (BSQ) sualları ilə bağlınarazılıq və şikayətlər yayıblar.
Müəllimlər 4 və 6-cı siniflər üçün Azərbaycan dili fənninə aidməktəblərə göndərilmiş BSQ suallarında səviyyələrin nəzərəalınmadığını, keçilməsi proqram üzrə ikinci yarımildə nəzərdətutulan mövzudan sual salındığını (O,bu əvəzliklərindən sonravergülün qoyulması) qeyd ediblər.
Onlar həmçinin Azərbaycan dili üzrə suallarda riyaziyyatsualının olduğunu və göndərilən cavablarda səhvlər olduğunubildiriblər.