RU

Zelenski: Patriot raketaları gecikir

ABŞ Patriot zenit-raket kompleksləri üçün raketlərin tədarükü gecikdirir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə LUkrayna Prezidenti Volodimir Zelenski danışıb

Onun sözlərinə görə, gecikmənin səbəbi Avropanın ödəniş etməli olduğu tranşın vaxtında köçürülməməsidir.

Zelenski bu barədə danışarkən vəziyyəti belə izah edib:

“Təsəvvür edin, mən bilirəm ki, energetika obyektlərimizə ballistik raketlər uçur. Bilirəm ki, Patriot sistemləri mövcuddur. Amma bilirəm ki, raket olmadığı üçün işıq olmayacaq. Mən bunu açıq şəkildə gecikmə adlandıra bilərəm… Raketlər bir ay əvvəl gəlməli idi”.

Ukrayna prezidentinin sözlərinə görə, ABŞ silahları pulsuz vermir:

“Patriot raketlərinin alınması Avropa tərəfindən maliyyələşdirilir. Məhz ödənişin gecikməsi səbəbindən raketlər vaxtında Ukraynaya çatdırılmayıb”.

Zelenski əlavə edib ki, Vaşinqton yalnız silah satmağa hazırdır.

Aliyə

Избранный
63
18
nocomment.az

10Источники