AZ

Zelenskidən atəşkəsə REAKSİYA “Rusiya zərbələr endirməsə...”

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Ukrayna deeskalasiya addımlarına hazırdır və energetika sahəsində mümkün “atəşkəs rejimini” güzgü prinsipi ilə qorumaq niyyətindədir. Baxmayaraq ki, bu məsələ Əbu-Dabidə keçirilən görüşdə birbaşa müzakirə olunmayıb”.Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə bildirib.Onun sözlərinə görə, ABŞ nümayəndələri Əbu-Dabidə deeskalasiya mövzusunu gündəmə gətirərək hər iki tərəfin uzaqmənzilli silahlardan istifadədən çəkinməsi ilə diplomatiya üçün daha geniş imkanlar yaradılmasını təklif ediblər.Zelenski qeyd edib ki, Ukraynanın danışıqlar qrupu amerikalı tərəfdaşlarla əlaqə saxlayaraq məsləhətləşmələr aparıb və Kiyevin bu cür addımlara güzgü prinsipi əsasında riayət edəcəyini təsdiqləyib:

 

“Ukrayna müharibənin başa çatmasında maraqlıdır və deeskalasiya təşəbbüslərinə açıqdır. Əgər Rusiya bizə zərbələr endirməsə, biz də cavab addımları atmayacağıq. Bu, daha əvvəl də səsləndirdiyimiz prinsipdir. Bu, razılaşma deyil, imkandır”.

Zelenski hazırda atəşkəslə bağlı rəsmi razılaşmanın olmadığını da diqqətə çatdırıb.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
97
50
bizim.media

10Mənbələr