RU

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

ABŞ dövlət katibi Mark Rubio bildirib ki, İran hakimiyyəti dəyişməli və ya getməli olacaq, əks halda ölkədə yeni etirazlar alovlana bilər.

Amerika rəsmisinin açıqlaması nə qədər əsaslıdır?

Siyasi şərhçi Çingiz Şahbazi Redaktor.az-a bildirdi ki, ABŞ dövlət katibi Mark Rubionun İran rejimi ilə bağlı verdiyi açıqlama ilk növbədə ABŞ-nin İranla bağlı klassik təzyiq xəttinin daha sərt fazaya keçəcəyindən xəbər verir.

Politoloqun sözlərinə görə, bu bəyanat ABŞ-nin İrana qarşı birbaşa hərbi əməliyyatlara başlamaq planını da zəiflədir:

"Rubionun açıqlaması növbəti mərhələnin konturlarını göstərir və bu mərhələdə birbaşa hərbi müdaxilə ehtimalı aşağıdır. Çünki ABŞ Yaxın Şərqdə müharibənin nəticələrinin çox ağır olacağını bilir və bu səbəbdən İranı vurmağın regional zəncirvari reaksiyasından çəkinir. Həmçinin İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər və ümumiyyətlə Rusiya–Ukrayna məsələsi, Venesuela Prezidenti Nikolas Maduro hakimiyyəti ilə bağlı atılan addımlar ölkədə birmənalı qarşılanmayıb. Bu səbəbdən dövlət katibi Mark Rubionun İranla bağlı növbəti açıqlamasında tərəddüdü görməmək mümkün deyil. Yəni rejim dəyişikliyi tankları nəzərdə tutmur".

Müsahibimiz vurğuladı ki, bu baxımdan ABŞ növbəti mərhələdə sanksiyaları daha da sərtləşdirəcək və bütün mümkün vasitələrdən istifadə etməklə müxalif qüvvələrə dəstək verəcək:

"Əlbəttə ki, bu proses çox uzun bir zaman ərzində başa çata bilər. Çünki İranda hakimiyyət hazırda devriləcək vəziyyətdə deyil və paralel olaraq sabit gələcəyi də sual altındadır. ABŞ bu baxımdan tələsmir və səbrlə zəiflətmə yolunu seçib. Belə olan halda İranda növbəti etiraz dalğası qaçılmazdır və hesab edirəm ki, bu səfər etirazlar kontrollu şəkildə və daha təşkilatlanmış formada davam edəcək. Belə olan halda elita daxilində parçalanmalar və hakimiyyət daxilindən qopmalar baş verə bilər. Hesab edirəm ki, ABŞ-nin İranla bağlı planlaşdırdığı bu mərhələ, həmçinin Yaxın Şərq və region ölkələri üçün daha məqbul hesab edilməsi lazımdır. Çünki daha az itki və daha az ziyanla prosesi başa vurmaq yolu varkən, riskli nəticələrə səbəb olacaq addımlardan çəkinmək lazımdır".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
50
redaktor.az

10Источники