AZ

Ermənistanda sosial gərginlik artır, ölkə boşalır

Ermənistanda vətəndaşların gündəlik həyatında hiss olunan çətinliklər davam edir və iş imkanlarının məhdudluğu ölkədə sosial gərginliyi daha da artırır. Əmək bazarında problemlər işsizlik səviyyəsinin yüksək qalması ilə özünü göstərir. Metbuat.az xəbər verir ki, Ermənistanda 2025-ci ilin ikinci rübündə işsizlik 12,3% səviyyəsində olub və əvvəlki il ilə müqayisədə kiçik azalma müşahidə edilsə də, bu rəqəm region normativləri üçün hələ də yüksək sayılır. Bu problemlər xüsusilə gənclər arasında daha kəskin hiss olunur və onların iş bazarına inteqrasiyası çətinləşir. Paşinyan hökuməti bəzi sahələrdə müsbət dinamika yaratmağa çalışsa da, bu artım yeni və keyfiyyətli iş yerlərinin yaradılması üçün yetərli olmur. İş bazarında qeyri-rəsmi məşğulluğun səviyyəsi yüksək olaarq qalır. Nəticədə gəlirlərin sabitliyi zəifləyir, social-iqtisadi problemlər özünü daha qabarıq formada göstərməyə başlayır. Dünyanın bir çox ölkəsində olduğu kimi, Ermənistanda da gənclər öz işlərini qurmağa can atır. Amma bunun üçün sosial zəmin olmadığına görə bu təşəbbüslər çox vaxt nəticəsiz qalır. Dövlət qurumları üçün xarakterik olan bürokratiya gənclərin bu sferada uğur qazanmasını mümkünsüz edir. İqtisadi problemlərin əsas səbəblərindən biri də investisiya mühitinin zəif olmasıdır. Xarici sərmayə az olduğu üçün istehsalın genişlənməsi və yeni iş yerlərinin açılması müşkülə dönür. İnfrastruktur və biznes mühitinin inkişafı üçün hökumət müəyyən strategiyalar üzərində işləyir, lakin ciddi struktur islahatları aparılmadığı üçün bütün bunlar imitasiya xarakteri daşıyıq. Bundan əlavə, ölkədə əmək bazarında peşə və ixtisaslarla bağlı uyğunsuzluq hökm sürür. Təhsil alanlarla bazarın tələb etdiyi bacarıqlar arasında fərq gənclərin iş tapmasını çətinləşdirir. Bu isə həm işsizlik, həm də miqrasiya təzyiqlərini artırır; bir çox sakinlər daha yaxşı yaşayış və karyera imkanları üçün xaricə köçür. Sonda qeyd edək ki, Ermənistanda iş imkanlarının məhdudluğu dərin sosial-iqtisadi təlatümə yol açmaqdadır. Bu isə hakimiyyət əleyhdarlarının fəallaşması ilə müşahidə olunur.

Səbinə Hüseynova / Metbuat.az

Seçilən
42
50
metbuat.az

10Mənbələr