RU

Fidan Uitkoffla İranı müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşməzdən əvvəl ABŞ prezidentinin İran üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffla ətraflı söhbət etdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Fidan bunu Əraqçi ilə keçirdiyi mətbuat konfransında bildirib.

"Araqçi ilə görüşdən əvvəl Stiven Uitkoff ilə çox uzun söhbətim oldu. Həmçinin bölgədəki bəzi dostlarımızla əlaqə saxladım. Bu gün məsələ ilə bağlı milli baxışlarımızı müzakirə etdik və amerikalılarla danışıqları davam etdirəcəyik", - Fidan qeyd edib.

O bildirib ki, Türkiyənin İranın hansı şərtlərlə danışıqlar apara biləcəyi və bu məsələdə nə qədər irəliləyə biləcəyi barədə təxmini təsəvvürü var. \

Zeynəb Rzayeva

Избранный
24
50
bakivaxti.az

2Источники