ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.
"Son bir neçə gün ərzində Uitkoffa mənim aramda heç bir əlaqə olmayıb”
“İran nümayəndələri son günlərdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla əlaqə saxlamayıb və danışıqlar tələb etməyiblər”. AYNA.AZ bildirir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Mehr” agentliyinin məlumatına görə, Əraqçi deyib: "Son bir neçə gün ərzində Uitkoffa mənim aramda heç bir əlaqə olmayıb. Biz danışıqlar tələb etməmişik".
"Əlbəttə ki, vasitəçi kimi çıxış edən və bizimlə məsləhətləşən ölkələr var və biz onlarla əlaqə saxlayırıq", İran XİN başçısı əlavə edib.
Qeyd edək ki, 21 yanvarda Uitkoff CNBC-yə bildirib ki, ABŞ İranla danışıqlar aparmır, lakin iki tərəf arasında əlaqələr olub. Uitkoff vurğulayıb ki, onun fikrincə, Tehranla razılaşma əldə edilməlidir, çünki əks halda, "dünya çətin günlərlə üzləşəcək".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.