RU

"Ürəyim getdi, 25 dəqiqə ayılmadım" - Şəbnəm Tovuzlu

Müğənni Şəbnəm Tovuzlu bir müddət əvvəl səhhətində yaranan problemdən danışıb.

Ölkə.az milli.az-a istinadən xəbər verir ki, sənətçi "Günorta efirdəyik" proqramında arıqlamaq üçün atdığı həbin onun orqanizminə vurduğu ziyandan söz açıb. O, bildirib ki, dərmandan sonra təzyiqi 50-yə düşüb:

"Arıqladıcı dərman atırdım, bir də limonlu su içirdim.

O mənə yaxşı təsir etmədi. Əslində çox adam qəbul edir. Onlardan da soruşduqda bu kimi halların baş vermədiyini deyirlər. Bəlkə də bu, mənim təzyiqimin aşağı olması ilə bağlı idi. 50/60 təzyiq nə deməkdir... Getdikcə də düşürdü. Hər kəs bilir ki, 40 artıq komadır. 25 dəqiqə oyanmamaq çox pis haldır. Çox şükür yaxşılaşdım". 

Избранный
37
50
olke.az

10Источники