AZ

“Qarabağ” bu zirvəyə necə yüksəldi? – Qurban Qurbanovun sirri

"Azərbaycan futbolunun 115 yaşı tamam olur. "Qarabağ"ın parlaq uğuru bir faktı göstərdi ki, bu 115 ildə Azərbaycanın ən böyük komandası "Qarabağ", ən böyük məşqçisi Qurban Qurbanov olub".

Ölkə.Az xəbər verir ki, bu sözləri tanınmış idman jurnalisti, Qol.az saytının baş redaktoru Aydın Bağırov "Qarabağ"ın uğurunun sirri nədədir?" mövzusunda danışarkən deyib.

Onun sözlərinə görə, bu 115 ildə özünün idarəetmə sistemi, doğru, dürüst seçimləri ilə, məşqçisinə olan dəstəyi ilə ən nümunəvi klub "Qarabağ", onu idarə edənlər olub: "Mən onların hər birini və onların böyük azarkeş ordusunu təbrik edirəm".

552345

Jurnalist komandanın bu uğura necə imza atması barədə danışarkən "atlılar"ın illər ərzində keçdiyi yolu xatırladıb: 

"Mənim yadıma gəlir ki, 2007–2008-ci il idi, Əfran (İsmayılov, keçmiş "Qarabağ" oyunçusu) cavan bir uşaq idi, onu risk edib belə böyük oyunlara salan məşqçi olub Qurban Qurbanov olub. Qara Qarayev, Rauf Əliyev, Maksim Medvedev, Vaqif Cavadov da buraya aiddir. Yəni bu gün bəzən görürsən ki, kimlər ki, o tənələri "Qarabağ"a yapışdırır ki, bu uğurlarda legionerlərin payı var. İlk dəfə olaraq 2009-cu ildə "Rosenburq"u (Norveç futbol klubu) sensasiya ilə keçəndə və Avropa Liqasının pley-off mərhələsinə gedəndə o komandanın heyətində cəmi bir legioner var idi. Qalan hamısı azərbaycanlı uşaqlar olub və o əsər oradan yaranmağa başlayıb. Qurban Qurbanov o vaxtdan başlayıb əsəri yaratmağa - çətinliklərlə, yerli oyunçuları yetişdirməklə, amma həm də zərurət yarandı ki, legionerlər gəlsin. Çünki legionersiz bu işi görmək nəinki "Qarabağ"a, dünyada heç bir klub üçün mümkün deyil. Çox uzağa getməyək, elə "Liverpul"un heyətində nə qədər legionerlər var".

552346O vurğulayıb ki, Azərbaycan futbol ictimaiyyətimizdə müəyyən kəslər bu legioner məsələlərini ortaya salırlar: "Onlar yaxşı olar ki, bizim öz dəyərlərimizə qiymət versinlər. Çünki Qurban Qurbanovun köməkçilərinin əksəriyyəti azərbaycanlıdırlar - Elçin Rəhmanov, Müşfiq Hüseynov, Elxan Həsənov, Zaur Tağızadə. Bu gün "Qarabağ" futbol klubunun idarə etməsində olan işçilər, menecerlər var, onların hər biri azərbaycanlıdır - nə qədər onlar yetişiblər, təkcə futbolçudan söhbət getmir. Rəhbərlik ilə yaxşı bir klub formalaşıb və Qurban müəllimlə də yaxşı bir vəhdət yaranıb ki, ortaya bu gün təkcə Azərbaycanda, Cənubi Qafqazda deyil, keçmiş SSRİ məkanında bu gün “Qarabağ” ən yaxşı komandadır və bu belə də davam edəcək".

Miri
Ölkə.Az

Seçilən
5
50
olke.az

10Mənbələr