Misli premyer-liqasının 17-ci turunda “Sumqayıt” səfərdə “Karvan-Yevlax”ı məğlub etdi - 2:0. “Footbaıl-plus.az” xəbər verir ki, oyundan sonra “kimyaçılar”ın baş məşqçisi Saşa İliç media önünə çıxıb.
- Bizim üçün vacib oyun idi. Qalib gəlsək də, oyundan razı deyiləm. Ötürmələr vaxtında edilmirdi. Cərimə zərbələrində də səhv edirdik. Bu cəhətdən inkişaf etməliyik.
- Nihad Orucəli çempionatda debüt etdi. Matçın sonlarında qol imkanı da oldu. Onun çıxışını bəyəndiz?
- Təlim-məşq toplanışına gənc oyunçular aparmışdıq. Sevindirici haldı. Onun oyunundan razı qaldım.
- Pedro Pinto niyə komandadan ayrıldı?
- Bu futboldu, belə şeylər olur. Təklif oldu, dəyərləndirdi. Onun mövqeyində oynayacaq bir neçə futbolçu var.
- Niyə 2-ci qoldan sonra temp düşdü?
- Bizim səhvlərimizə görə. Ötürmələrdə, standart vəziyyətlərdə səhv edirdik.
- Süni örtük oyununuza təsir etdi?
- Yox.
- Avrokuboklarda oynamaq üçün keyfiyyətli qapıçıya ehtiyac var?
- Deyə bilmərəm. Qapıçılarımız var.
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта