AZ

“Qalib gəlsək də, oyundan razı deyiləm” Saşa İliç

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Misli premyer-liqasının 17-ci turunda “Sumqayıt” səfərdə “Karvan-Yevlax”ı məğlub etdi - 2:0. “Footbaıl-plus.az” xəbər verir ki, oyundan sonra “kimyaçılar”ın baş məşqçisi Saşa İliç media önünə çıxıb. - Bizim üçün vacib oyun idi. Qalib gəlsək də, oyundan razı deyiləm. Ötürmələr vaxtında edilmirdi. Cərimə zərbələrində də səhv edirdik. Bu cəhətdən inkişaf etməliyik.- Nihad Orucəli çempionatda debüt etdi. Matçın sonlarında qol imkanı da oldu. Onun çıxışını bəyəndiz?- Təlim-məşq toplanışına gənc oyunçular aparmışdıq. Sevindirici haldı. Onun oyunundan razı qaldım.- Pedro Pinto niyə komandadan ayrıldı?- Bu futboldu, belə şeylər olur. Təklif oldu, dəyərləndirdi. Onun mövqeyində oynayacaq bir neçə futbolçu var.- Niyə 2-ci qoldan sonra temp düşdü?- Bizim səhvlərimizə görə. Ötürmələrdə, standart vəziyyətlərdə səhv edirdik.- Süni örtük oyununuza təsir etdi?- Yox.- Avrokuboklarda oynamaq üçün keyfiyyətli qapıçıya ehtiyac var?- Deyə bilmərəm. Qapıçılarımız var. MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
50
icma.az

10Mənbələr