RU

General-polkovnik rütbəsi nəyə əsasən verilir? – Ekspert açıqladı

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırovun Prezidentin sərəncamı ilə general-polkovnik rütbəsi alması bir sıra məsələləri gündəmə gətirib. Məlum olub ki, Azərbaycanda general-polkovnik rütbəsi daşıyan 22 şəxs var.

DİN, MN, FHN, DTX, DGK və s. güc strukturlarına və hüquq mühafizə orqanlarına rəhbərlik edən şəxslərə general-polkovnik rütbəsi verilməsi qanunun tələbidir, yoxsa başqa amillər var?

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, general-polkovnik hərbi rütbəsinin verilməsi müstəsna olaraq Ali Baş Komandanın səlahiyyətinə aiddir:

“Hərbi xidmətdə, xüsusi xidmət orqanlarında və bir sıra dövlət strukturlarında xidmət edən şəxslərin xüsusi hərbi rütbələrlə təltif olunması onların tutduğu vəzifələrlə birbaşa bağlıdır. Əgər vəzifələri həmin hərbi rütbələrə uyğundursa, o zaman yüksək hərbi rütbələrin verilməsi mümkündür.

Xatırladıram ki, Şahin Bağırov da general-polkovnik vəzifəsindədir və burada heç bir qeyri-adi hal yoxdur”.

Qeyd edək ki, hazırda Azərbaycanda general-polkovnik rütbəsi daşıyan şəxslərin siyahısı belədir:

1. Zakir Həsənov – Müdafiə naziri

2. Bəylər Əyyubov – Prezident Katibliyinin rəisi

3. Ramil Usubov – Azərbaycan Təhlükəsizlik Şurasının katibi

4. Kərim Vəliyev – Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini

5. Əli Nağıyev – Dövlət Təhlükəsizlik Xidmətinin rəisi

6. Vilayət Eyvazov – Daxili işlər naziri

7. Kəmaləddin Heydərov – Fövqəladə Hallar naziri

8. Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi

9. Mədət Quliyev – Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini

10. Fikrət Məmmədov – Konstitusiya Məhkəməsinin hakimi, sabiq ədliyyə naziri, I dərəcəli ədliyyə müşaviri

11. Kərəm Mustafayev – Əlahiddə Ümumqoşun Ordunun sabiq komandanı

12. Vaqif Axundov – Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi

13. Səfər Mehdiyev – Dövlət Gömrük Komitəsinin sabiq sədri

14. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri

15. Nəcməddin Sadıqov – Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi

16. Səfər Əbiyev – Eks-müdafiə naziri

17. Aydın Əliyev – Dövlət Gömrük Komitəsinin keçmiş sədri

18. Namiq Abbasov – Sabiq milli təhlükəsizlik naziri

19. Fazil Məmmədov – Sabiq Vergilər naziri (I dərəcəli dövlət vergi xidməti müşaviri)

20. Tofiq Ağahüseynov – Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının keçmiş sədri

21. Hikmət Mirzəyev – Müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı, Vətən Müharibəsi Qəhrəmanı.

22. Şahin Bağırov – Dövlət Gömrük Komitəsinin sədri, “Vətənə xidmətə görə” ordeninin tam kavaleri.

Избранный
50
7
turkustan.az

10Источники