RU

Qlobal risklər qızılı gündəmdə saxlayır İqtisadçı

525.az saytına istinadən ain.az xəbər verir.

"Əgər qlobal risklər, inflyasiya və valyuta problemləri davam edərsə, qızılın qiyməti yüksək səviyyədə qala və hətta müəyyən qədər arta bilər. Lakin qısa müddətdə bazarda enişlər və dalğalanmaların olması da mümkündür".

Bunu 525.az-a iqtisadçı ekspert Akif Nəsirrli deyun.

O qeyd edib ki, qlobal iqtisadi qeyri-müəyyənliklərin, inflyasiya təzyiqlərinin və aparıcı valyutalarda dəyər itkisi risklərinin davam etməsi fonunda qızılın qiymətinin yüksək səviyyədə qalması əsaslandırılmış görünür. Bu amillər qızılı investorlar üçün təhlükəsiz aktiv kimi ön plana çıxarır. Bununla yanaşı, qısa müddətli dövrdə pul-kredit siyasəti ilə bağlı qərarlar, dolların məzənnəsindəki dəyişikliklər və bazar iştirakçılarının davranışları qiymətlərdə enişlər və dalğalanmalar yarada bilər. Ümumilikdə isə, uzunmüddətli perspektivdə qızılın qiymətləri üzrə yüksəliş meyli qorunub saxlanıla bilər.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
45
5
525.az

10Источники