AZ

Türk qızılı 200 manat oldu: Bahalaşma davam edəcəkmi? - AÇIQLAMA

Gündəlik həyatımızda dostlarımıza, sevdiklərimizə, ailə üzvlərimizə yaxşı hədiyyə almaq istəyərkən ağlımıza gələn seçimlərdən biri də qızıldır. Lakin qızılın qramının qiyməti günü-gündən artdıqca bu seçim bir az əlçatmaz olur. Hazırda bazarda türk qızılının qramı 195-200 manat təşkil edir.

Bahalaşmanın davam edəcəyi gözlənilirmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirdi ki, qızıl bahalaşır və türk qızılı deyil, məsələn, italyan qızılı da bahalaşacaq:

"Çünki qızıl əmtəəsinin qiyməti artır və qızıl əmtəəsi də qızıl məhsullarıdır, zərgərlik məhsullarıdır, qızıldan istifadə olunur. İndi orada daş-qaş və s. var, amma əsasən xammalı qızıldır. Qızıl ilə yanaşı gümüş də bahalaşır, nadir metallarda da bahalaşma olur. Ona görə də təkcə türk qızılı deyil, bütün zərgərlik məhsulları bahalaşır. Bahalaşmanın bu il də davam edəcəyi gözlənilir. Çünki dünya qızıl bazarında, dünya birjalarında qızılın qiymətinin bahalaşması davam edir. Ona görə də qızıldan hazırlanan məhsulların qiymətinin bahalaşmasının davam edəcəyi gözlənilir".

Nuriyyə NATİQQIZI

Seçilən
51
31
redaktor.az

10Mənbələr