Polisin tapdığı uşağın valideynləri tapıldı, posta dəvət olundu - VİDEO - YENİLƏNİB
Həyata keçirilən operativ tədbirlər nəticəsində uşağın valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılmışdır.1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Atası ekoloji nəzarət postuna dəvət olunub. *** 14:45 YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Fərid adlı azyaşlı uşaq aşkarlayıblar. DİN-in Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, uşağı tanıyan şəxslərdən xahiş olunur ki, onun ailə üzvlərinin tapılmasına köməklik göstərsinlər. Uşaq bildirib ki, adı Səiddir, 8 yaşı var. Atasının Təbriz, anasının adı isə Gülüdür. O, 21 nömrəli məktəbdə 2a sinfində oxuyur. Hazırda uşaq ekoloji nəzarət postundadır, onunla polis əməkdaşları məşğul olur.